RU
Rusiyalı hokkeyçi binanın 25-ci mərtəbəsindən yıxıldı
19:00
2325

Rusiyalı hokkeyçi binanın 25-ci mərtəbəsindən yıxıldı

Rusiyalı xokkeyçi İvan Bitkin 25-ci mərtəbədən düşərək ölüb.

7NEWS.Az xəbər verir ki, məlumatı REN TV yayıb.

Hadisə oktyabrın 30-da paytaxt Moskvadakı Xoroşev küçəsində baş verib. İdmançı yaşayış binasının damından yıxılıb.

Hadisənin səbəbi hələlik məlum deyil. Olay hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, İvan Bitkin Rusiyanın Yüksək Xokkey Liqasında "Zvezda”, "Toros” və "Senq Tou” kimi komandalarda çıxış edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ