RU
Rusiyalı jurnalistin möhtərəm Prezidentimizlə bağlı fikirlərindən böyük qürur keçirdim
11:08
333

Rusiyalı jurnalistin möhtərəm Prezidentimizlə bağlı fikirlərindən böyük qürur keçirdim

Bəlli olduğu kimi, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bu yaxınlarda ölkəmizə səfər edərkən dövlətimizin başçısı İlham Əliyev tərəfindən qəbul olunub. Rusiyalı jurnalist Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə maraqlı fikirlər səsləndirib. 
V.Solovyov vurğulayıb ki, ­Prezident İlham Əliyev Rusiya və Azərbaycan mətbuatında baş verənləri diqqətlə izləyir. O deyib: "Hiss edirdim ki, Prezident İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir. V.Solovyov çox maraqlı bir müqayisə aparıb. RJB sədri bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var: "Onlar inanılmaz siyasi uzaqgörənliyə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun”. 
Rusiyalı jurnalistin fikirləri Azərbaycan ictimaiyyətində dərin maraq və məmnunluq hissi doğurub. Bu barədə Qlobal Araşdırmalar Liqası İctimai İttifaqının sədri, politoloq Azər Verdiyev dedi: 
– Mən Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovun Azərbaycan Prezidentinin mətbuata münasibəti barədə fikirləri ilə tanış olarkən böyük qürur keçirdim. 
V.Solovyov bildirib ki, cənab İlham Əliyev söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkib: "Hiss edirdim ki, o, gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində onun bu cür materiallarla problemi olmur”. 
Rusiyalı jurnalistin müşahidələri tamamilə obyektiv və səmimidir. Bütün dünya bilir ki, dövlətimizin başçısı cənab İlham Əliyev doğma Azərbaycan dilindən başqa bir neçə xarici dili əla bilir və həmin dillərdə qlobal medianı dərindən izləyir. Bu faktın təcrübəli və tanınmış rusiyalı jurnalistin dilindən səslənməsi xüsusilə sevindirici və qürurverici haldır. 

 

Söhbəti yazdı: 
M.HACIXANLI, 
"Xalq qəzeti” 

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ