RU
Rusiyalı Livandan 90 min saxta dollar çıxarmaq istədi
23:15
932

Rusiyalı Livandan 90 min saxta dollar çıxarmaq istədi

Livan hökuməti Beyrut hava limanında ölkədən saxta pulları çıxarmağa çalışan Rusiya vətəndaşını saxlayıb.

7news.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident iyunun 16-dan 17-nə keçən gecə baş verib.

58 yaşlı kişidən şübhələnən hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar nəticəsində ondan 90 min dollar dəyərində saxta pul aşkarlayıb.

Pulun qadın corablarının və kəmərlərin arasında gizlədildiyi müəyyənləşib.

Faktla bağlı istintaq aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ