Ukraynanın paytaxtı Kiyevdən Tbilisiyə gedən rusiyalı müxalifətçi, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov Gürcüstana buraxılmayıb.
Bu barədə siyasətçi teleqram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.
D.Qudkov Tbilisiyə fəallar və diplomatlarla görüşmək məqsədilə gəldiyini deyib.
"Qərar siyasidir. Səfərim barədə hamıya xəbərdarlıq edilib. Mən rəsmi dəvət əsasında gəlmişəm”, - o qeyd edib.
Siyasətçi əlavə edib ki, onun mehmanxanada bronu və geriyə bileti də olub.
D.Qudkovun Gürcüstandan artıq Kiyevə deportasiya edildiyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, Rusiyada əmlaka külli miqdarda zərər vurmaqla bağlı cinayət işində adı keçən D.Qudkov ötən il ölkəni tərk edib. Onun daha sonra Bolqarıstana getdiyi bildirilib./report
7NEWS.Az








