O, Suriyada döyüşdüyü adamlarla şam yeməyində olub.
Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin katapult edən pilotu Oleq Peşkovu öldürdüyü iddia olunan Türkiyə vətəndaşı həbs edilib.
Bu barədə “Hürriyet” məlumat yayıb.
A.Çelik Suriyada döyüşdüyü adamlarla martın 30-da axşam saatlarında İzmir şəhərində bir restorana yemək yeməyə gedib. Ümumilikdə 15 nəfər saxlanılıb. Çeliyin hazırda dindirildiyi bildirilib.
Rusiya XİN-də Çeliyin saxlanılmasına dair məlumatı yoxlayırlar. Bu barədə TASS-ın məlumatına görə, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanat verib.
Qeyd edək ki, Suriyada Bayırbucak türkmənlərinin tərəfində döyüşən A.Çelik “Su-24”ün vurulmasından sonra katapult edərək paraşütlə aşağı enən pilot A.Peşkovu güllələdiyini bildirmişdi.
7news.Az








