RU
Rusiyalı qız azərbaycanlı atasını axtarır
12:15
338

Rusiyalı qız azərbaycanlı atasını axtarır

“Nə üzünü, nə də səsini xatırlayıram”.

Rusiyanın Moskva şəhərində yaşayan Veronika Surkova azərbaycanlı atasını axatır.

Rusiyalı qız sosial şəbəkədə atasının əslən Tovuzun Cəlilli kəndindən olduğunu və ondan xatirə olaraq yalnız bircə şəklinin qaldığını qeyd edib.

“Mən atamı axtarıram. Həyatımın əksər hissəsində onu görməmişəm. Nə üzünü, nə də səsini xatırlayıram.

Ondan yeganə qalan aşağıdakı şəkil, bir də anamın xatirələridi. Onun adı Mustafayev Vahiddir. 54 yaşı olmalıdır. Azərbaycanın Tovuz rayonundakı Cəlilli kəndində doğulub”. /modern

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ