Ötən gün Ankarada sui-qəsdə uğrayaraq öldürülən Rusiya səfirinə 9 güllə dəyib.
Andrey Karlovun cəsədinin ilkin müayinəsinin nəticələri açıqlanıb.
Bildirilib ki, onun cəsədində 9 mərmi olub. Hadisəni törədən polis əməkdaşı Mərt Altıntaş sərgi zalında səfirə doğru 11 dəfə atəş açıb. Lakin 2 güllə səfirə dəyməyib. Karlovun bədənində 11 güllə izinə rastlanıb.
Hadisə nəticəsində sərgidə olan daha 3 nəfər də yaralanıb. Onlardan biri ötən gecə evə buraxılıb, digər iki nəfər isə bir qolundan, biri ayağından yaralandığı üçün hazırda xəstəxanada müalicə alır.








