Bakıda danışıqlar keçiriləcək.
Tezliklə Peterburq bazarlarında laktozasız Azərbaycan südü peyda ola bilər.
7news.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Sahibkarlığın və istehlakçı bazarının inkişafı üzrə komitənin ticarət və ictimai qida şöbəsinin rəisi Natalya Laqunova Azərbaycandan olan istehsalçılar ilə alış sessiyasında bildirib.
O qeyd edib ki, Finlandiyadan tədarük azaldıqdan sonra laktozasız südə olan tələbat kəskin şəkildə artıb.
Südün hansı həcmdə və nə zaman çatdırılacağı hələlik məlum deyil. Məlumata görə istehlakçılar belə yüksək tələb gözləmirdilər. Ona görə də bu ərzağın çatdırılmasına görə danışıqlar gələn həftə Bakıda aparılacaq. Bundan sonra süd Keyfiyyətə Nəzarət Mərkəzində ekspertizadan keçiriləcək.
Xatırladaq ki, Rusiya Federasiyası hökumətinin 25 iyun tarixli qərarı ilə uzadılmış ərzaq embarqosu ilə əlaqədar laktozasız süd məmulatlarına yeni tələbat müəyyənləşdirilib.
İndi onun tədarükü üçün məmulatın xüsusiləşdirilmiş olduğunu təsdiqləyən dövlət qeydiyyatı şəhadətnaməsi tələb edilir.
“Valio” Finlandiya süd konserni embarqoya qədər Rusiyaya laktozasız süd tədarük edən yeganə təchizatçı idi. İndi həmin dövlət qeydiyyatın alınmasını gözləyir, süd tədarükünün bərpa ediləcəyi zaman məlum deyil.
7news.az








