RU
Rusiyanı şoka salan partlayış:
22:20
853

Rusiyanı şoka salan partlayış:

Rusiyanın Volqoqrad şəhərindəki çoxmərtəbəli yaşayış binalarından birində qaz partlayışı olub.
Partlayış bu gün yerli vaxtla 12.00 radələrində şəhərin Dzerjinski rayonundakı Kosmonavtlar küçəsində, 9 mərtəbəli yaşayış binasındakı mənzillərdən birində baş verib.
Partlayış nəticəsində 1-ci mərtəbədən 9-cu mərtəbəyədək 36 mənzil dağılıb.
Təxminən 5 dəqiqə sonra ikinci partlayış baş verib.
Partlayışda 10 nəfər yaralanıb. Yaralıların 3-ü uşaqlardır.
Partlayışların fəsadlarının aradan qaldırılmasına 265 nəfər və 72 texnika cəlb olunub./milli

7news.az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ