RU
Rusiyanın 4 diplomatı Avstriyadan qovulub
19:00
611

Rusiyanın 4 diplomatı Avstriyadan qovulub

Avstriya Xarici İşlər Nazirliyinin (XİN) persona non-qrata elan etdiyi 4 rus diplomatı ölkəni tərk edib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya XİN-dən bildirilib.

Nazirlik həmin diplomatları aprelin 7-də persona non-qrata elan etmişdi.

Məlumata görə, onlar diplomatik statusları ilə uzlaşmayan davranışlarına görə qovulublar.

Qeyd edək ki, Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski Vyananın qərarını əsassız və qeyri-dost hərəkət adlandırıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ