Rusiyanın San-Fransiskoda bağlanan diplomatik obyektlərinin üzərindən bayraqları çıxarılıb.
7news.Az-ın xəbərinə görə, bu barədə RF-in Vaşinqtondakı səfirliyi öz Twitter səhifəsində yazıb.
"Növbəti biabırçı hadisə. San-Fransiskoda Rusiyanın konsulluq binalarından bayraqlar oğurlanıb”, - səfirlikdə qeyd ediblər.
Hadisə ilə bağlı ABŞ tərəfinə etiraz notası göndərilib.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti Rusiyanın San-Fransiskodakı Baş Konsulluğunun obyektlərinin bağlanmasına dair qərar qəbul edib.
7news.Az







