RU
Rusiyanın bu bankları SWIFT-dən çıxarıldı
22:10
916

Rusiyanın bu bankları SWIFT-dən çıxarıldı

Avropa İttifaqı (Aİ) Rusiyanın sanksiyalara məruz qalan VTB, "Rossiya”, "Otkritie” və digər banklarını SWIFT-dən ayırıb.

7NEWS.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, adışəkilən banklarla yanaşı, həmçinin, "Novikombank”, "Promsvyazbank”, "Sovcombank” və "VEB.RF” bankları da SWIFT-dən çıxarılıb.

Qeyd edək ki, ötən ayın sonunda Aİ xarici işlər nazirləri Ukraynadakı hərbi əməliyyata görə Rusiyaya qarşı sanksiyalar, o cümlədən bir sıra Rusiya banklarının SWIFT-dən çıxarılması və Rusiya Bankının aktivlərinin dondurulması barədə razılığa gəlmişdilər.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ