Rusiyanın İrkutsk vilayətində fövqəladə vəziyyət elan edib.
Fövqəladə vəziyyət tərkibli "Yemişan" ("Boyarişnik") məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar tətbiq olunub.
Zəhərlənmə zamanı ölənlərin sayının hər an artdığı bildirilir. Belə ki, hazırda "Yemişan" adlı kosmetik vasitədən içki kimi istifadə edərək zəhərlənib ölənlərin sayı 58-ə çatıb. Ölənlərdən 34-ü xəstəxanada, qalanları isə evdə dünyasını dəyişib. Hazırda 97 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Fövqəladə vəziyyət boyunca spirt tərkibli məişət və gigiyenik vasitələrin satışı qadağan edilib./olke.az
7news.Az








