RU
Rusiyanın dövlət bayrağı endirildi
12:41
527

Rusiyanın dövlət bayrağı endirildi

Rusiyanın Ankaradakı diplomatik korpusunda səfir Andrey Karlovun ölümü ilə bağlı dövlət bayrağı aşağı endirilib.

7News.Az TASS-a istinadən xəbər verir ki, səfirlikdə xatirə kitabı açılıb. 
Gün ərzində səfirin ölümü ilə bağlı diplomatik nümayəndəliyə Rusiya və Türkiyə vətəndaşlarının gələcəyi gözlənilir. 
Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Hadisəni 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlud Mərd Altıntaş törədib. O, öldürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ