RU
Rusiyanın əməliyyatları İŞİD-in gəlirlərini azaldıb
00:02
297

Rusiyanın əməliyyatları İŞİD-in gəlirlərini azaldıb

Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar İŞİD-in neftin qeyri-qanuni satışından əldə etdiyi gəlirlərini yarıbayarı azaldıb.

7news.az xəbər verir ki, bu barədə “Foks Nyus” telekanalı məlumat yayıb.

ABŞ-ın Hərbi Hava Qüvvələri komandanının keçmiş köməkçisi Tomas Maklerney isə bildirib ki, Rusiyanın təşkil etdiyi hücumlar nəticəsində İŞİD-in daha çox torpaq ələ keçirmək imkanı azalıb:

“Rusiyanın hərbi qüvvələri Suriyada olduğu müddətdə İŞİD-in irəliləyəcəyini güman etmirəm. Ruslar hava hücumlarını ABŞ-dan daha effektiv istifadə edir. Bəziləri bunun quru əməliyyatları haqqında qanunlara uyğun olmadığını söyləyə bilər. Lakin hava əməliyyatlarında olduqca effektiv nəticələr əldə edilir”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ