RU
Rusiyanın ən böyük neft emalı zavodu BAĞLANDI
17:30
86

Rusiyanın ən böyük neft emalı zavodu BAĞLANDI

Rusiyanın Orenburq vilayətindəki ən böyük neft emalı müəssisələrindən biri - "Orsknefteorqsintez" (OrskNOS) zavodu qəza səbəbindən fəaliyyətini tamamilə dayandırıb.

"Forteinvest" şirkətinə məxsus zavodda avadanlıq modernləşdirilməsi zamanı yanğın baş verib, alov sonradan söndürülüb.

Bundan əlavə, müəssisə noyabrın 11-də PUA hücumuna məruz qalıb.

Zavodun ən azı bir həftə işləməyəcəyi, bunun isə təxminən 70 min ton xammal itkisinə səbəb olacağı bildirilir. "OrskNOS" vilayətin yanacaq tələbatının 40 faizini qarşılayır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ