Gərginlik turizm sektorundan da yan keçməyib.
Rusiya və Türkiyə arasında davam edən gərginlik turizm sektorundan da yan keçməyib.
Rusiyanın ən böyük tur operator şirkəti “Natali Tours” Türkiyəyə satışları dayandırıb.
Belə ki, şirkət Türkiyəyə satışları müvəqqəti olaraq dayandırdığını elan edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən gün Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus təyyarənin vurulmasının Moskva-Ankara münasibətləri üçün ciddi nəticələrinin olacağını bildirmişdi.








