Rusiyanın hərbi polis batalyonu Suriyada vəzifələrini yerinə yetirmək üçün Hələbə gediblər.
7news.Az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Hazırda batalyon Suriyada müharibə edən tərəflərin sülh əldə etməsi üçün fəaliyyət göstərən mərkəzin tərkibində tapşırıqlarını yerinə yetirmək üçün Hələb şəhərində Xmeymim aviabazasına toplaşıblar”, - açıqlamada vurğulanıb.
Nazirlikdən bildirilib ki, hərbi polislər hərbçilərin, xəstəxana işçilərinin, humanitar karvanların təhlükəsizliyini təmin edəcəklər.
7news.Az








