RU
Rusiyanın Kaluqa vilayətinə növbəti dəfə PUA hücumu olub
12:20
140

Rusiyanın Kaluqa vilayətinə növbəti dəfə PUA hücumu olub

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa bildirib.

Onun sözlərinə görə, vilayətin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemləri işə salınıb.

V.Şapşa PUA-lardan birinin vurulduğunu bildirib.

Qubernator həmçinin itki olmadığını söyləyib.

Qeyd edək ki, avqustun 11-də Kaluqada elektrik yarımstansiyalarından biri partladılıb. Nəticədə vilayətin hava məkanı qısamüddətli də olsa bağlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ