RU
Rusiyanın kosmik hərbi dronunun görüntüsü yayıldı - FOTO
12:41
470

Rusiyanın kosmik hərbi dronunun görüntüsü yayıldı - FOTO

Rusiyanın ağır zərbəçi "Oxotnik” pilotsuz uçan aparatı aktiv fazalı anten şəbəkəli müasir çoxfunksiyalı radiolokasiya stansiyası ilə təchiz olunub.

 "Rossiyskaya Qazeta”nın hərbi ekspertləri PUA-nın "Twitter”də yayılan fotoşəklini təhlil etdikdən sonra belə bir nəticəyə gəlib.

Yanvar ayında "Oxotnik”in ilk fotoşəkli dərc olunub.

2018-ci ilin dekabr ayında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivorçuk "Oxotnik”in ilk uçuşunun 2019-cu ilin yaz aylarına planlaşdırıldığını bildirib.  

Noyabr ayında isə (2018) PUA Novosibirsk aviasiya zavodunun uçuş-eniş zolağında ilk yürüşü təşkil olunub  və sınaqda "Oxotnik” 200 km/saata qədər sürət yığıb.

Hərbi dron Rusiyanın altıncı nəsil qırıcısının prototipi hesab olunur. Şəkli yayılana qədər ABŞ-da "Oxotnik” PUA-nın bir "uydurma” olduğu iddia olunurdu.

 

Прототип БЛА по НИР "Охотник-Б" для ВКС России на ВПП НАЗ имени Чкалова.

See Владимир З.'s other Tweets

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ