Rusiyanın nüvə enerjisi ilə işləyən "Leninqrad” buzqıran gəmisi Sankt-Peterburqda prezident Putinin də iştirak etdiyi mərasimlə suya buraxılıb. Sankt-Peterburqda istifadəyə verildi.
7NEWS.az xəbər verir ki, Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası "Rosatom" 22220 Layihəsi çərçivəsində istehsal edilən beşinci seriyalı universal nüvə buzqıran "Leninqrad"ın suya buraxıldığını açıqlayıb. Putin Leninqrad buzqıran gəmisinin sürüşmə zolağına qoyulması mərasimini açıb. Layihə ilə bağlı açıqlama verən Rosatom-un baş direktoru Aleksey Lixaçev bildirib ki, Şimal Dəniz Marşrutunun gələcək inkişafı Arktikada gəmiqayırma işlərinin genişləndirilməsini zəruri edir.
7NEWS.az








