RU
Rusiyanın Macarıstandakı səfiri XİN-ə çağırıldı
23:20
449

Rusiyanın Macarıstandakı səfiri XİN-ə çağırıldı

Rusiyanın Macarıstandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

7news.Az "Lenta.ru”ya istinadən verdiyi məlumata görə, səfirin 1956-cı il hadisələri Rusiya KİV-də alçaldıcı tərzdə, yəni qətliam və "Rəngli inqilab” kimi qiymətləndirildiyinə görə nazirliyə çağırıldığı bildirilir.

Macarıstan XİN-nin bəyanatında qeyd olunur ki, heç kimə inqilab və onun qəhrəmanları haqqında alçaldıcı şəkildə danışmağa icazə verməyəcəklər.

Xatırladaq ki, Macarıstanda 1956-cı il oktyabrın 23-dən noyabrın 9-dək sovet qoşunları tərəfindən kommunist rejiminə qarşı silahlı qiyam təşkil olunub. Toqquşmalar nəticəsində təxminən 2 min 500 mülki vətəndaş və 700 əsgər həlak olub. Macarıstanda qiyamların yatırılmasından sonra təxminən 200 min insan ölkəni tərk edib.
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ