RU
Rusiyanın məşhur generalı məhv edildi
10:30
152

Rusiyanın məşhur generalı məhv edildi

Rusiya ordusunun general-mayoru Ukraynanın Xarkov şəhəri yaxınlığında öldürülüb.

7News.Az Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb”, - məlumatda deyilir.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Vitali Gerasimov ikinci Çeçenistan müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib. "Krımın qaytarılmasına görə" medalını alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ