“Rusiya aviabazasında xarici jurnalistlər işləyib”.
Rusiyanın Müdafiə Nazirliyi sosial şəbəkələrdə Türkiyə Hərbi-hava qüvvələrinin guya Rusiya hərbi təyyarəsini vurmasına dair yayılan məlumatı təkzib edib.
Bu barədə RİA Novosti yanvar ayının 22-də nazirliyin rəsmi nümayəndəsiİqor Konaşenkova istinadən məlumat yayıb.
“Bu məlumatlar əsl cəfəngiyyatdır. Bizim Suriyada terror infrastrukturunun obyektlərini məhv etmək tapşırığını yerinə yetirən bütün təyyarələrimiz aviabazaya qayıdıb”, - Konaşenkov deyib.
O izah edib ki, Rusiyanın Suriyadakı Hmeymim aviabazasında üç gün xarici jurnalistlər işləyib, ona görə də belə bir faktı gizlətmək mümkün olmazdı.
Daha öncə Twitter-in ərəb seqmentində Rusiya təyyarəsinin Türkiyə hava məkanını pozduqdan sonra Bab əl-Hava keçid məntəqəsi ərazisində vurulması barədə məlumat yayılmışdı. Bu barədə əsasən qalın tüstü sütununun qalxdığı əks olunan videonun başlığında iddia edilirdi.
Daha sonra bu videoda Rusiya Hava-kosmik qüvvələrinin həmin ərazidə aviazərbəsinin nəticələrinin əks olunduğu barədə məlumat yayılıb.
7News.Az








