RU
Rusiyanın neft satışından əldə edəcəyi gəlir açıqlandı
23:30
369

Rusiyanın neft satışından əldə edəcəyi gəlir açıqlandı

Xam neftin qiymətinin 50 dollar səviyyəsində davam edəcəyi təqdirdə Rusiya 2017-ci il büdcəsi üçün 1 trilyon rublluq (təxminən 15 milyard dollar) əlavə gəlir əldə edə bilər.

7news.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.

 "Xam neftin qiyməti 50 dollar səviyyələrinə yüksəlib. Qiymətin bu səviyyələrdə qalacağı təqdirdə Rusiya büdcəsinə gələn il 1 trilyon rubl əlavə gəlir daxil olacaq”, - nazir bildirib.

Nazir, həmin gəlirin büdcə xərcləri və ehtiyatlar arasında bərabər şəkildə bölüşdürməyi planlaşdırdıqlarını qeyd edib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ