7News.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın sərt enerji embarqosu və dəniz blokadasına baxmayaraq, Rusiya neftini daşıyan nəhəng tankerlər Kubaya yola düşüb. Ayın sonuna qədər iki tankerin Kubaya çatacağı gözlənilir. Təxminən üç aya yaxındır ki, enerji təchizatından məhrum olan və ötən bazar ertəsi milli elektrik şəbəkəsi tamamilə çökən Kuba üçün bu tankerlər xilasedicidir.