RU
Rusiyanın Qara dəniz Donanmasının Krımdakı aviabazasında yanğın olub
18:02
502

Rusiyanın Qara dəniz Donanmasının Krımdakı aviabazasında yanğın olub

Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının Krasnoqvardeysk rayonunun Oktyabrsk qəsəbəsində dəmir yolu stansiyası yaxınlığında yanğın olub.

Bunu Krım separatçılarının rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatları (PUA) neft bazasına və aerodroma zərbələr endirib. Nəticədə yanğın olub.

Qeyd edək ki, Krasnoqvardeysk rayonunda keçmiş SSRİ-dən qalma Qara dəniz Donanmasının aviabazası yerləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ