RU
Rusiyanın Suriyadakı səfirliyini minaatanlardan atəşə tutdular
21:22
405

Rusiyanın Suriyadakı səfirliyini minaatanlardan atəşə tutdular

Rusiya XİN bu hücumu qətiyyətlə qınayır.

Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub.

Bu barədə məlumatı Rusiyanın xarici işlər nazirliyi yayıb.

“Sentyabrın 20-si saat 09:00-da Rusiyanın Dəməşqdəki səfirliyinin ərazisinə mərmi düşüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Hal-hazırda lazımi araşdırmalar aparılır”, - məlumatda deyilir.

Nazirlikdə hesab edirlər ki, hücumu hökümət əleyhinə döyüşən yaraqlılar həyata keçiriblər.

Rusiya XİN bu hücumu qətiyyətlə qınayır və beynəlxalq ictimaiyyətin reaksiyasını gözləyir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ