RU
Rusiyanın tanınmış telekanallarından biri bağlandı
16:10
356

Rusiyanın tanınmış telekanallarından biri bağlandı

Rusiyanın "Life” telekanalı yayımını dayandırıb.

Bunu "News Media” holdinqinin direktoru Aram Qabrelyanov bildirib.

Onun sözlərinə görə, bundan sonra kanalı sosial şəbəkədə və saytda izləmək mümkün olacaq.

Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı.

Qeyd edək ki, bu telekanal Azərbaycan ictimaiyyətinin yadında işğal altındakı Dağlıq Qarabağla bağlı saxta məlumatlar yayması ilə yadda qalıb. /report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ