RU
Rusiyanın ÜTT-dəki ticarət statusu ləğv ediləcək
00:09
935

Rusiyanın ÜTT-dəki ticarət statusu ləğv ediləcək

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Aİ Şurasına sədrlik edən Fransanın "Twitter" hesabında məlumat verilib.
Bildirilib ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatındakı (ÜTT ) "ən əlverişli ölkə" ticarət statusu ləğv ediləcək.

Həmçinin Belarusun ÜTT-yə üzvlüklə bağlı müraciətinin baxılması dayandırılacaq.

Qeyd olunub ki, sanksiyalar Rusiya iqtisadiyyatınln müxtəlif sektorlarına və induvidual şəxslərə tətbiq olunacaq.

Sanksiyaların digər təfərrüatları açıqlanmayıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ