Rusiya dövləti ilə "Vaqner” təhlükəsizlik şirkəti arasında yaşanan böhran səbəbilə Ukrayna sərhədinə yaxın Rusiya bölgələrində təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib.
7NEWS.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin özünün "Telegram" kanalında terrorla mübarizə çərçivəsində paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev də mövcud vəziyyətlə əlaqədar təhlükəsizliyin qorunması üçün lazımi tədbirlərin görüldüyünü bildirib və "Vətəndaşları şəhər mərkəzinə getməməyə və evdə qalmağa çağırıram" dedi.
7NEWS.az








