RU
Rusiyanın Ukraynada vurduğu kritik obyektlərin sayı açıqlanıb
22:50
867

Rusiyanın Ukraynada vurduğu kritik obyektlərin sayı açıqlanıb

Xüsusi əməliyyat zamanı Rusiyanın yüksək dəqiqlikli uzaqmənzilli raketləri Ukraynada 1300-dən çox kritik obyekti vurub ki, bu da Ukrayna ordusunun döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıb və Ukrayna hərbi sənaye kompleksinin işini iflic edib.

Bunu RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
"Əməliyyat çərçivəsində 1300-dən çox kritik hədəf yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə vurulub. Bu, Ukrayna silahlı qüvvələrinin döyüş potensialını əhəmiyyətli dərəcədə azaltmağa, komandanlıq və idarəetmə sistemini sıradan çıxarmağa, hərbi-sənaye kompleksinin işini iflic etməyə və hərbi daşımaları xeyli çətinləşdirməyə imkan verib”, - deyə Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə deyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ