RU
Rusiyanın Ukraynanın İrpin şəhərini bombardman edən Su-25 təyyarəsi vurulub
10:15
204

Rusiyanın Ukraynanın İrpin şəhərini bombardman edən Su-25 təyyarəsi vurulub

Rusiyanın Su-25 təyyarəsi Ulraynanın paytaxtı Kiyevin ətrafındakı ərazini bombalayarkən məhv edilib.

Bu barədə 7News.Az UNİAN-a istinadən xəbər verir.

Qeyd edilir ki, vurulan təyyarənin fotosu internetdə yerləşdirilib.

"Düşmənin İrpeni bombalayan Su-25 təyyarəsi məhv edilib", - müxbir Andrey Tsaplienko bildirib.

Xatırladaq ki, Ukrayna müdafiəçiləri Kiyev yaxınlığında Rusiya hərbçilərinin hücumlarını dəf edirlər. Şiddətli döyüşlər bir neçə gündür davam edir, lakin Rusiya qoşunlarının paytaxta girmək cəhdləri uğursuz olur.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, habelə şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ