RU
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
13:40
73

Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub

Rusiyanın Ukraynanın Çerniqov vilayətinə PUA hücumu nəticəsində iki nəfər həlak olub.

Bu barədə "RBK-Ukrayna” Çerniqov Vilayət Dövlət Administrasiyasının rəhbəri Vyaçeslav Çausa istinadən xəbər verir.

Qeyd olunub ki, iyunun 22-si axşam Rusiya qüvvələri Çerniqov vilayətinin kəndlərindən birinə hücum edib. Zərbə "Lanset" tipli kamikadze dronları ilə endirilib.

Hücum nəticəsində iki nəfər həlak olub. Daha on nəfər yaralanıb, onlardan üçü uşaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ