Rusiyanın ikinci ən böyük bankı olan VTB-nin xalis mənfəətinin ilin birinci yarısında rekord həddə çatdığı, 289,8 milyard rubl (təxminən 3,2 milyard dollar) olduğu bildirilib.
7NEWS.az xəbər verir ki, VTB-dən verilən yazılı açıqlamada bankın ilin ikinci rübündə 142,6 milyard rubl xalis mənfəət əldə etdiyi bildirilib. Bankın ilin ilk yarısında xalis mənfəətinin 289,8 milyard rubla çatdığı bildirilən açıqlamada, bu rəqəmin 6 aylıq ən yüksək xalis mənfəət olaraq qeyd edildiyi vurğulanıb. Bəyanatda fikirləri yer alan VTB-nin vitse-prezidenti Dmitri Piyanov bildirib ki, bankın ilin sonuna xalis mənfəət hədəfi 400 milyard rubl səviyyəsindədir.
VTB ötən il sanksiyalar nəticəsində 612,6 milyard rubl itirib.
7NEWS.az








