7NEWS.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatlarına görə, bu ilin 10 ayında ölkənin cari əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz azalaraq 53,9 milyard dollara düşüb. Sözügedən dövrdə ölkənin xarici ticarət profisiti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 61,7 faiz azalaraq 104 milyard dollara düşüb. Rusiyanın xarici ticarət profisiti əvvəlki ilə nisbətən 66 faiz artaraq 2022-ci ildə 282,3 milyard dollara çatıb.
7NEWS.az








