7NEWS.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Voronej vilayətində Su-34 qırıcı təyyarəsinin qəzaya uğradığını bildirib. Nazirlikdən verilən açıqlamada, yerli vaxtla saat 10:00 radələrində planlaşdırılmış təlim uçuşu zamanı Voronej vilayətində Su-34 döyüş təyyarəsinin qəzaya uğradığı və 2 nəfərlik heyətin oturacaq atma sistemi ilə xəsarət almadan xilas olduğu bildirilib. Açıqlamada təyyarənin qəsəbədən uzaqda qəzaya uğradığı bildirilib və uçuşun döyüş sursatı olmadan həyata keçirildiyi paylaşılıb.
7NEWS.az








