Rusiyaya məxsus "MİQ-29KUBR” tipli qırıcı təyyarə Suriya sahilləri yaxınlığında qəzaya uğrayıb.
Bu barədə Britaniyanın "Combat Aircraft” jurnalının xəbərində bildirilir.
Nəşrin məlumatına görə, hərbi təyyarə təlim uçuşları zamanı "Admiral Kuznetsov” aviadaşıyıcı gəmiyə eniş edərkən suya düşüb.
Pilot uğurla katapult edərək sağ qalıb.
Məlumatı Rusiya Müdafə Nazirliyi də təsdiqləyib./qafqazinfo
7news.Az








