RU
Rusiyaya məxsus təyyarə Şarm əl-Şeyx hava limanına məcburi eniş edib
10:00
42

Rusiyaya məxsus təyyarə Şarm əl-Şeyx hava limanına məcburi eniş edib

Rusiyanın "Airbus A321” sərnişin təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərinin hava limanına məcburi eniş edib.

Bu barədə Misirin Mülki Aviasiya Nazirliyi məlumat yayıb.

"Rusiya təyyarəsi yaranan texniki nasazlıq səbəbindən geri qayıtması tələb olunduqdan sonra Şarm əl-Şeyx Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib”, - nazirlik bildirib.

Təyyarə Şarm əl-Şeyxdən Yekaterinburq şəhərinə uçurmuş və göyərtəsində 236 sərnişin olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ