RU
Rusiyaya milyonlarla bolivar aparan azərbaycanlılar saxlanıldılar
18:28
722

Rusiyaya milyonlarla bolivar aparan azərbaycanlılar saxlanıldılar

Cinayət işi açılıb.

Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” aeroportunun gömrük xidməti qanunsuz yolla ölkə ərazisinə yarım milyon dollardan çox Venesuela pulu - bolivar keçirən iki Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə Şimal-Qərb gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb.

Şimal-Qərb gömrük idarəsi Azərbaycan vətəndaşlarının İstanbul reysi ilə gəldiklərini açıqlayıb.

Onlar gömrük baxışından keçmək üçün yaşıl zonanı seçiblər. Lakin sərnişinlərin əl yükünə baxış zamanı onlardan birində 379 min 200 Venesuela bolivarı aşkar edilib.

“Rusiya qanunlarına görə ölkə ərazisində gömrükdə bəyan etmədən 10 min dollardan artıq xarici valyuta keçirmək olmaz. Azərbaycan vətəndaşlarının üzərində aşkar olunan Venesuela milli valyutası isə indiki kursla cəmi 142 min dollar edir.

Belə ki, müsadirə olunan məbləğ 60 266,04 dollar - 4 577 248,52 Rusiya rublu, ikinci halda isə 81 324,20 və ya 6 176 629,93 Rusiya rublundan ibarət olub”, - mətbuat xidmətindən bildiriblər.

Beləliklə, Azərbaycan vətəndaşları icazə veriləndən 10 dəfədən çox xarici valyutanı Rusiya ərazisinə keçirdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunublar.

Onların barəsində cinayət işi qaldırılıb./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ