ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyaya tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyini deyib.
Amerika rəsmisi bildirib ki, Ukraynaya dair Minsk sazişi yerinə yetirilməsə, Rusiya üzərindəki sanksiyalar götürülməyəcək. O, "Biz həmişə Minsk sazişlərinin icrasının vacib olduğunu deyirik. Bu, olmasa Ukrayna ilə bağlı tətbiq edilmiş sanksiyalarda heç bir dəyişiklik olmayacaq”, - deyib./qafqazinfo
7news.Az








