Rəsmi Moskva Ukraynadakı böhranı siyasi yollarla həll etmək istəyini bildirsə, Rusiyaya tətbiq edilən sanksiyalar 2016-cı ilin sonlarında ləğv ediləcək.
Bu sözləri ABŞ Dövlət Katibliyinin sanksiyalar siyasəti koordinatoru Daniyel Freyd “Voys of Amerika”ya açıqlamasında deyib.
Freyd sanksiyaların ləğv edilməsi üçün bu şərtləri irəli sürüb:
1. Minsk razılaşmasının öhdəliklərinə əməl edilməli;
2. Donbasda seçkilər keçirilməli;
3. Hərbi fəaliyyətlər dayandırılmalı;
4. Ukraynanın şərq sərhədləri yenidən müəyyəndləşdirilməlidir.
“Görünür, Rusiya siyasi həll yolu üçün hazırlıqlar aparır. ABŞ bunu məmnunluqla qarşılayır”, - Freyd bildirib./axar
7news.az








