“Sanksiyaların uzadılması ilə bağlı qərar Avropa Şurasının iclasınadək qəbul edilə bilər”.
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının müddəti uzadılacaq.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk Finlandiya baş naziri Yuxa Sipilya ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Düşünürəm ki, hazırda vəziyyət aydındır. Aİ-nin mövqeyi ondan ibarətdir ki, sanksiyalar Rusiyanın Minsk razılaşmalarına əməl etməsi ilə uzlaşdırılmalıdır. Sanksiyaların uzadılması ilə bağlı qərar Avropa Şurasının iclasınadək qəbul edilə bilər”, - o vurğulayıb.








