RU
“Ruslar bir neçə dəfə üzr istədilər…”
22:51
600

“Ruslar bir neçə dəfə üzr istədilər…”

“Ruslar bir neçə dəfə üzr istədilər və bildirdilər ki, istəmədən sizin hava sərhədlərinizi pozduq”.

7news.az  ans press-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri vəzifəsini icra edən Feridun Sinirlioğlu jurnalistlərə açıqlaması zamanı deyib.

Sinirlioğlu bildirib ki, Rusiyanın göndərdiyi nümayəndə heyəti eyni halın təkrarlanmaması üçün işlərin getdiyini deyib. Rusiya hərbi hava qüvvələrinin nümayəndəsi general Sergey Dronovun başçılıq etdiyi hərbi nümayəndə heyəti sərhəd pozuntusunun səbəblərini də açıqlayıb. Rus hərbiçilər sərhəd pozuntusunun pis hava şəraiti və Suriya ərazisinə bələd olmamaqla izah ediblər.

Xatırladaq ki, Rusiya bir necə həftədir ki, Suriya ərazisini bombalamağa başlayıb. Hava hücumları zamanı Rusiya qırıcıları Türkiyənin hava sərəhədlərini pozmuşdu. Türkiyə buna görə Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağıraraq xəbərdarlıq edib. Amma bundan sonra da Rusiya eyni addımı təkrarlayıb. NATO üzvləri də daxil olmaqla dünyanın bir çox dövlətləri Rusiyanın bu addımını tənqid edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ