Türkiyədə özbək əsilli İslam alimi Abdullah Buxariyə qarşı təşkil olunan sui-qəsd anı təhlükəsizlik kamerasında anban görüntülənib.
İstanbulun Zeytinburnu qəsəbəsində sui-qəsd nəticəsində həyatını itirmiş özbək alim Abdullah Buxarini güllələyən şəxsləri İstanbul Terrorla Mübarizə İdarəsi aşkarlayıb. Təhlükəsizlik kamerasına düşən görüntülər zamanı Abdullah Buxarini öldürənlərin, çeçen əsilli muzdlu qatil Zelimkhan Makhtiev, qətlə kömək edənlərin isə, özbək əsilli Rusiya vətəndaşı Sobir Şükürov və Eldar Aslan olduğu aşkarlanıb. Hazırda adları çəkilən şəxslər yaxalanıblar.
Buxarının sui-qəsdə məruz qaldığı anlar, iki kamera tərəfindən saniyə saniyə görüntülənib.
Görüntülərdə Buxarinin , dərs verdiyi İhsan İlmi Hizmetleri və Yardımlaşma Dərnəyinin önünə gəlir. Qapının açılmasını gözləyirdiyi anlarda çeçen muzdlu qatil Buxariyə doğru sürətlə gəlir. Buxari səs eşidərək arxasına baxır. Daha sonra sonra isə yenidən qapıya yönəlir. Çeçen sui-qəsdçi də Buxarıyə yaxınlaşaraq, tapancanı kürəyinə dayayaraq atəş açır.
Muzdlu qatil sürətlə qaçmağa başlayır. İlk anda nə olduğunu anlamayan Buxari, muzdlu qatilin arxasından getməyə çalışır. Bu zaman silah səsi ilə dərnəyin ofisindən çıxan bir tələbə, öncə müəlliminə kömək edir, sonra muzdlu qatilinin arxasınca qaçır. Muzdlu qatil silahını ona yönəldincə tələbə geri qayıdır.
Qeyd edək ki, Abdullah Buxarinin öldürülməsi ilə bağlı dartışmalar davam edir. Bəzi təhlilçilər onun Rusiya Xüsusi Xidmət orqanları, bəziləri isə Özbəkistan Xüsusi Xidmət Orqanları tərəfindən sui-qəsdə məruz qaldığını bildirirlər.//big.az
7News.az












