Rusiyanın 1000-ə yaxın desantı 2017-ci ildə Ermənistanla birgə təlimdə iştirak edəcək.
Gələn il Rusiya desantları ölkədən kənarda birgə hərbi təlimlər keçirəcəklər.
"Desantlar Ermənistan, Belarus və Nikaraquada keçiriləcək beynəlxalq təlimlərə qatılacaqlar. ”, - deyə məlumatda vurğulanıb.
Desantların digər ölkələrin əsgərləri ilə birgə taktiki, komanda-qərargah, taktiki-xüsusi, anti-terror və xüsusi təlimlərdə iştirak etməsi planlaşdırılır.
Məlumata əsasən Rusiya Hərbi Hava Desant tağımları 2017-ci ildə 70-dən artıq beynəlxalq tədbiri qəbul etməyi planlaşdırır.
7News.az








