Rusiya tankçıları Ermənistan dağlarında yarışa hazırlaşırlar.
Rusiya hərbi bazasının tank ekipajı Ermənistanın "Alagöz” dağ poliqonunda 2017-ci ildə keçiriləcək beynəlxalq ordu yarışlarına hazırlaşırlar.
Bildirilir ki, təlimlərdə 100-dən çox hərbi qulluqçu, 30 ədəd xüsusi hərbi texnika və "Т-72Б” tankları iştirak edirlər. Rusiyanın cənub hərbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hazırlıq prosesi iki həftə çəkəcək./qafqazinfo
7news.Az








