RU
Ruslar İngiltərəni şoka saldı
09:33
1440

Ruslar İngiltərəni şoka saldı

“Avro-2016”da günün ən maraqlı oyunu başlayıb.

 

AzVision.az xəbər verir ki, İngiltərə və Rusiya milliləri qarşılaşır.

Matçdan öncə hər iki komandanın tərəfdarları arasında qarşıdurma yaranıb. Bir nəfərin öldüyü bildirilir.

***

Qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. Oyunun ilk dəqiqələrində İngiltərə yığması üstün oyun nümayiş etdirib.

***

Matçın ikinci yarısında hesabı ingilislər açıb. 73-cü dəqiqədə Eric Dayerin cərimə zərbəsindən vurduğu qolla komandası önə çıxıb. Son dəqiqələrə qədər hesabda 1:0 öndə olan ingilislər oyuna əlavə edilmiş ikinci dəqiqədə 3 xalı əldən verib. Qluşakovun vurduğu qol İngiltərə millisinə əsl şok yaşadıb.

Qarşılaşma 1:1 bərabərliklə başa çatıb. 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ