7NEWS.az xəbər verir ki, Mart ayında Ukraynanın Rusiyadakı 5 neft emalı zavodunu kamikadze dronları ilə sıradan çıxarmasından sonra Moskva ciddi cavab tədbirləri görüb və iki həftə ərzində Ukraynanın şərq və cənub bölgələrində 5 istilik elektrik stansiyası və 2 hidroelektrik stansiyasını məhv edib. Ukraynanın enerji infrastrukturuna ən böyük zərbə Xarkov şəhərinin ətrafına və Zaporojye vilayətlərinə dəyib. Ukrayna Elektrik Enerjisi Korporasiyasının direktoru Maksim Timçenko Rusiyanın bombardmanları nəticəsində bombalanan elektrik stansiyalarının yalnız bir neçə il ərzində təmir oluna biləcəyini açıqlayıb. Rusiya martın 22-də Dnepr çayı üzərindəki Dnepr su elektrik stansiyasını dağıtdıqdan və Xarkovdakı istilik elektrik stansiyasına da zərbə vurduqdan sonra Ukraynanın şərq rayonları demək olar ki, tamamilə işıqsız qalıb.
7NEWS.az








