Rusiyanın bu müharibədə heç bir şansı yoxdur.
Bu bəyanatla “Şam ordusu” silahlı qruplaşmasının komandiri Müslüm Şişani çıxış edib.
Onun sözlərinə görə, Çeçenistanda 2 min nəfərlə 200 minlik rus ordusuna qarşı çox ağır şərtlər altında mübarizə aparıblar: “Ruslarla bitməyən bir hesabımız var. Onların Suriya cəbhəsinə gəlməsi bir yandan bizi sevindirdi. Bütün Qafqaz döyüşçüləri yarımçıq qalan bu hesabı səbirsizliklə gözləyir. Allah bizimlə bərabərdir, buna inanırıq”.
Qeyd edək ki, Rusiya Suriyada terrorizmə qarşı mübarizə aparır. Suriyada "İslam dövləti", Nüsrə cəbhəsi və başqa silahlı qruplar Əsəd rejiminə qarşı savaşır./axar.az
7news.az








